Qubadan deputat seçilən Vahid Əhmədov rayonda növbəti dəfə seçiciləri ilə görüşüb.
Modern.az-ın bildirdiyinə görə, görüşə gələn seçicilərin çoxsaylı suallarını cavablandıran millət vəkili görülən işlər və növbəti parlament seçkilərinə qədər qalan müddətdə planlaşdırdığı məsələlər barəsində məlumat verib.
Vahid Əhmədov 2015-ci ildə keçiriləcək parlament seçkilərində də deputatlığa namizədliyini irəli sürəcəyini qeyd edib.
Sonra seçicilərini təkbətək qəbul edən seçicilər deputat yardımların olunması, mənzil təmiri üçün inşaat materiallarının ayrılması, işə düzəlmə, ünvanlı yardımların təyini və bu kimi bir sıra digər məsələlərlə bağlı müraciət ediblər.
Vahid Əhmədov ənənəsinə uyğun olaraq hər bir məsələyə həssaslıqla yanaşıb, yerində həlli mümkün olanları aidiyyəti rayon təşkilatları ilə birgə müzakirə edərək qərarlar qəbul edib, həlli mərkəzi təşkilatlardan asılı olan müraciətlər isə baxılması üçün nəzarətə götürülüb.
Qəbuldan sonra Quba-Qonaqkənd yolunun tikintisi ilə tanış olan deputat işə rəhbərlik edən Tağı Tağıyevlə birgə fəhlələrlə görüşərək problemlərlə maraqlanıb.
Modern.az