Modern.az

“Azadlıq” radiosunun aqibəti bizə də bəlli deyil – Baş redaktor

“Azadlıq” radiosunun aqibəti bizə də bəlli deyil – Baş redaktor

13 May 2015, 11:54


“Azadlıq” radiosunun Bakı bürosunun aqibəti ilə bağlı siz nə bilirsinizsə, biz də onu bilirik. Hər hansı yenilik yoxdur”.

Bunu Modern.az saytına “Azadlıq” radiosunun Bakı bürosunun baş redaktoru Zeynal Məmmədli deyib. O, radio ilə bağlı hər hansı cinayət işi olmasa da, fəaliyyətinin bərpası yönündə də işlərin aparılmadığını bildirib: “Düzdür, ofisi bizə təslim ediblər, amma oradan istifadə edə biləcəyik, ya yox, bu məsələ qaranlıq qalıb, hər hansı bir nəticə də yoxdur”.

Zeynal Məmmədli “Radionun Bakı bürosunun “Caspian Plaza” da yerləşən ofisi ilə bağlanan müqaviləyə xitam verildikdən sonra əşyalar ofisdən çıxarıldımı” sualına cavab olaraq bunları deyib: “Xeyr, bütün əşyalar ofisdədir. Biz də nəticəni gözləyirik”.

Mayın 6-da Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə istintaq idarəsinin müstəntiqi Sənan Paşayev “Azadlıq” radiosunun Bakı bürosunun qapısına vurulan möhürü açıb. Təhvil-təslimdə “Azadlıq” radiosunun təmsilçisi vəkil Adil İsmayılov və Bakı bürosunun baş redaktoru Zeynal Məmmədli iştirak edib. “Azadlıq” radiosunun Bakı bürosu son 10 ilə yaxın müddətdə C.Cabbarlı, 44 ünvanında - “Caspian Plaza”da yerləşirdi.

“Caspian Plaza”nın rəhbərliyi aprelin 30-da icarə müqaviləsinə xitam verildiyini deyərək əşyaların  ofisdən çıxarılmasını xahiş edib.  

Gülşən RAUFQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?