ABŞ-ın nüfuzlu “Forbes” jurnalı dünyanın əsas 100 brendinin reytinqini tərtib edib. Əsas meyar olaraq həmin şirkətlərin son 2 ildəki gəlirləri və brendin adının onun məhsullarının satılmasına təsiri götürülüb.
Modern.az saytı xəbər verir ki, dünyanın ən bahalı brendi “Apple” şirkəti seçilib. 145,3 milyard dollar dəyəri olan şirkət son ildə 17%-lik artım nümayiş etdirib. Təkcə 2014-cü ilin son rübündə “Apple” dünya üzrə 74,8 milyon smartfon satıb və rüb ərzində 18 milyard dollar gəlir əldə edib.
2-ci yerdə qərar tutan “Microsoft” şirkəti isə 69,3 milyard dollar dəyərindədir. “Microsoft” brendi 2014-cü ildə 10% dəyər qazanıb. Keçən ildən şirkətin başına keçən hindistanlı Satya Nadella bu il “Windows” sisteminin yeni versiyasını təqdim edəcəklərini deyib.
“Google” şirkəıti isə dünyanın ən bahalı 3-cü brendi seçilib. “Forbes”in məlumatına görə “Google” 65,6 milyard dollar dəyərə sahibidr. Şirkət son ildə 16% genişlənib. Dünya internet istifadəçilərinin 64,4%-ı məhz Google vasitəsilə axtarış aparırlar. Avropa Birliyi rəsmləri onun antiinhisar qaytdalarını pozduğunu iddia edirlər. Əgər “Google”a qarşı irəli sürülən ittihamlar təsdiqlənərsə, onu 6 milyard dollar cərimə gözləyir.
4-cü yerdə Coca-Cola şirkətinin brendi (56 milyard dollar), 5-ci İBM (49,8 milyard dollar), 6-cı McDonald`s (39,5 milyard dollar), 7-ci Samsung (37,9 milyard dollar), 8-ci Toyota (37,8 milyard dollar), 9-cu “General Electric” (37,5 milyard dollar), 10-cu isə “Facebook” seçilib.
“Facebook” brendi “Forbes” jurnalı tərəfindən 36,5 milyard dollar miqdarında qiymətləndirilib.
Siyahıda dünyanın məşhur brendləri olan “İntel”, “BMW”, “Nike”, “Adidas”, “Armani”, “Disney”, “Louis Vitton”, “Cisco”, “Oracle”, “Wal-Mart” və s. şirkətlər də var.
Vüqar İsmayılov