Müsavat Partiyası Divanının keçmiş üzvü, deputat Rasim Musabəyov sözügedən təşkilatda baş verən hadisələrə münasibət bildirib.
O, Modern.az saytına açıqlamasında deyib ki, Müsavat Partiyasındakı konfliktlərə görə təəssüflənir:
“Mən proseslərin bu məcrada getməsinə görə təəssüflənirəm. Ancaq bu, artıq onların daxili işidir. Ona görə də əlavə şərh vermək istəmirəm”.
Ötən il sentyabrın 27-də Müsavat Partiyasının qurultayında Arif Hacılı qurumun başqanı seçilib. Bundan sonra isə partiya daxilində yeni başqanın əleyhdarları aktivləşib.
Onlar Arif Hacılının yürütdüyü siyasətə etiraz ediblər. Bundan sonra Müsavatın tanınmış simaları partiyadan istefa verdiyini bəyan ediblər. Digərləri isə partiyanın qərarı ilə təşkilat sıralarından xaric edilib.
Aqşin Kərimov