Modern.az

Avropa parlamentində antiAzərbaycan tədbiri - Talış və ləzgilər müzakirə olundu - FOTOLAR

Avropa parlamentində antiAzərbaycan tədbiri - Talış və ləzgilər müzakirə olundu - FOTOLAR

14 May 2015, 13:57

Avropa parlamentində Azərbaycanda yaşayan talış və ləzgi xalqarının durumuna həsr olunmuş “Azərbaycanda ikili standartlar və milli azlıqların hüquqlarının pozulması” adlı konfrans keçirilib. Modern.az xəbər verir ki, “Təmsil olunmayan xalqlar və millətlər təşkilatı” (UNPO) VƏ Taliş Milli Hərəkatının dəstəyi ilə keçirilən konfransda Avropa parlamentinin deputatları – sosial-demokrat Lavrentiy Rebeqa, Damian Draqiçi, Frenk Şvalba-Qot, Avropa Xalq Partiyasından Yaromir Ştetin, Şaqo Yabar və Boqdan Venta iştirak ediblər. Bundan başqa, avropalı jurnalistlər, alimlər və siyasətçilər də qonaq qismində Brüsseldəki tədbirə qatılıblar. 

BMT proqramlarının rəhbəri Coanna Qrin, milli azlıqların hüquqlarının qorunması proqramlarının koordinatoru Şoren Kobaidze, jurnalist Culiya Renye və s. şəxslər çıxış ediblər.

Onlar Azərbaycanda milli azlıqların hüquqlarının qorunması ilə bağlı boşulqların olduğunu dilə gətiriblər və Avropa Birliyi ilə Azərbaycanın bu məsələdə əməkdaşlıq etməsinin vacibliyini diqqətə çatdırıblar. 
                   
Daha sonra Talış Milli Hərəkatının lideri və tədbirin əsas təşkilatçılarından olan Ələkrəm Hümmətov da avropalı deputatlar qarşısında Azərbaycandakı milli məsələlərlə bağlı geniş çıxış edib. Sonuncu çıxış edən isə “Ümumerməni Xeyriyyə Fond”nun direktoru Nikol Tavityan olub.






Vüqar İsmayılov   

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?