Modern.az

Qadın polisi linç etmək istədilər – FOTOLAR

Qadın polisi linç etmək istədilər – FOTOLAR

14 May 2015, 14:35

Şərqi Afrika ölkəsi Burundidə dövlət başçısına etiraz məqsədi ilə paytaxt küçələrinə tökülən nümayişçilərlə polis arasında çıxan qalmaqala bir anda qan da bulaşıb.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, qadın polis yalnız bir neçə metr uzaqdakı silahsız nümayişçini vurunca, ortalıq daha da qarışıb. Nümayişçilər qadın polisi linç etməyə qalxıblar.

Məlumatda qeyd edilir ki,  bir qadın polis əlindəki “Klaşnikov” avtomatı ilə yalnız bir neçə metr aralıqdakı silahsız nümayişçilərə istiqamətləndirərək atəş açıb. O anlar kameralar tərəfindən anban göstərilib.

Görüntülərə görə, polis tərəfindən bir divarın qarşısına sıxışdırılan nümayişçilərin polisə müqavimət göstərdiyi zaman çaxnaşmaya qapıldığı hesab olunan bir qadın polis bir anda əlindəki tüfəngi qrupun üzərinə tutaraq yalnız bir neçə metrdən atəş açır.  

Ancaq hadisələr bu atəşdən sonra daha da qızışır və hiddətlənən izdiham qadın polisi tutaraq təpik və yumruqlarla uzun müddət əldən salır. Artıq həyatından ümidi kisən qadın polis son anda yoldaşları tərəfindən yaralı olaraq qurtarılır.   

Modern.az 
Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?