Modern.az

“Rusiya səfirinin Şuşanın işğal günü yeyib-içməsi yaxşı hadisə deyil”

“Rusiya səfirinin Şuşanın işğal günü yeyib-içməsi yaxşı hadisə deyil”

14 May 2015, 16:00


Mayın 9-da Ermənistanda Almaniya üzərində qələbənin 70 illik yubileyi ilə yanaşı, Şuşanın işğalının 23 illiyi də qeyd olunub. Tədbirdə Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin və Ermənistan parlamentinin yunan əsilli vitse-spikeri Eduard Şarmazanov iştirak edib. Onlar sərxoş halda kameralar önünə çıxıblar. Şuşanın işğalı ilə bağlı sərxoş halda nitq söyləyən Şarmazanovun sözləri rus səfiti İvan Volınkin tərəfindən də dəstəklənib. Volınkin bildirib: “Biz həmişə bir yerdəyik”.

Bu hadisəyə münasibət bildirən Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev Modern.az-a deyib ki, Rusiya səfirinin həmin tədbirdə iştirak etməsi heç də yaxşı hal deyil:

“Çox təəssüflər olsun ki, belə bir hadisə baş verib. Rusiyanın Ermənistanda səfiri olsa da, onun həmin tədbirdə iştirak eləməsini heç istəməzdim. Ermənilər Azərbaycan torpaqlarını işğal ediblər. Təəssüflər olsun ki, düz 23 ildir Ermənistan dövləti konstruktiv mövqedən kənardadır. Eyni zamanda, müəyyən dairələrdə onlar öz dəstəklərini tapa bilirlər. Bu kimi hallara görə də onlar konstruktiv mövqeyə gələ bilmirlər.

Ümumiyyətlə, bu mövqeyə görə həm region, həm də Ermənistan xalqı bu problemdən qurtara bilmir. Əgər onlar normal düşünə bilsələr, həm Azərbaycanın ərazi bütövlüyü, tarixi torpaqları qayıdar, həm də regionda inkişaf daha da sürətlənər. Ermənistan da bundan yararlana bilər. Əgər ermənilər işğal faktını qeyd edirlərsə, bu o deməkdir ki, onlar heç bir zaman uğura nail ola bilməyəcəklər. Təbii ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Amma nə qədər tez olsa, bir o qədər yaxşıdır”.

Deputatın fikrincə, Ermənistan Azərbaycana heç bir zaman rəqib ola bilməz: “Sadəcə, onlara kimlərsə dəstək olduğuna görə ermənilər işğalı həyata keçirə biliblər. Amma yaxın zamanlarda Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Onlar da öz bayramlarını, ancaq özlərinin balaca hansısa yerində qeyd edəcəklər. Düşünürəm ki, bu onlara heç də xeyr gətirməyən bir addımdır”.

Sevinc Yasinqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?