Modern.az

Olland Ukrayna münaqişəsi ilə bağlı qorxusunu ifadə etdi

Olland Ukrayna münaqişəsi ilə bağlı qorxusunu ifadə etdi

14 May 2015, 22:55

Fransa prezidenti Fransua Olland Almaniyanın Aahen şəhərində ukraynalı həmkarı Pyotr Poroşenko ilə görüşü zamanı Donbasdakı vəziyyət barədə danışıb.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, prezident Ukrayna münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı “Normand dördlüyü” formatında (Fransa, Almaniya, Rusiya, Ukrayna) bu ilin 12 fevralında qəbul edilmiş Minsk razılaşmasını xatırladıb.  

Fransa lideri bildirib ki, Ukrayna münaqişəsinin alovlanması ehtimalları çoxalır.  

“Biz atəşkəsin pozulması hallarını görürük və bu, qəbuledilməzdir. Onun yeni eskalasiya yaradacağı riski mövcuddur. Biz bunun qarşısını almağa məcburuq”,-deyə Olland söyləyib.  

Aqşin Kərimov

 
Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?