Modern.az

I qrupa hazırlaşan abituriyentlərin nəzərinə - Bu ixtisasların keçid balı qalxdı - SİYAHI

I qrupa hazırlaşan abituriyentlərin nəzərinə - Bu ixtisasların keçid balı qalxdı - SİYAHI

15 May 2015, 10:39

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az saytına verilən məlumata görə, Təhsil Nazirliyi tərəfindən daxil olmuş təklifi nəzərə alaraq 2015/2016-cı tədris ilində aşağıdakı ixtisaslar üzrə müsabiqəyə ümumi balı müvafiq baldan aşağı olmayan abituriyentlərin buraxılması barədə qərar qəbul edib:

• Geologiya-300 bal;

• Kompyuter elmləri-300 bal;

• Elektronika, telekommunikasıya və radiotexnika mühəndisliyi-250 bal;

• İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi-250 bal;

• İnşaat mühəndisliyi-250 bal;

• Nəqliyyat tikintisi mühəndisliyi-250 bal. 

Yeganə OQTAYQIZI 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?