Modern.az

Merə namizədi mitinqdə güllələdilər

Merə namizədi mitinqdə güllələdilər

15 May 2015, 11:51



Meksikanın Miçoakan ştatının Yurekuaro şəhər meri yerinə namizəd olan Enrike Ernandes seçkiqabağı mitinqdə güllələnib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, yerli özünümüdafiə hərəkatının lideri şəhərin mərkəzi meydanındakı mitinqdə seçiciləri qarşısında çıxış edəndə bir qrup silahlı şəxsin hücumuna məruz qalıb. Ondan əlavə daha 3 nəfər güllə yarası alıb.

Ernandes özünümüdafiə dəstəsinə 2013-cü ildə qoşulub. 2014-cü ilin may ayında keçmiş yerli özünüidarəetmə rəhbərinin öldürülməsində şübhəli bilinərək tutulub, ancaq heç bir sübut əldə olunmadığı üçün 3 ay sonra buraxılıb.  


Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?