Modern.az

“Seçki məsələsini müzakirə edib yalandan saqqız kimi çeynəməyin faydası yoxdur”

“Seçki məsələsini müzakirə edib yalandan saqqız kimi çeynəməyin faydası yoxdur”

15 May 2015, 13:00


“I Avropa Oyunlarının dialoqda müzakirə olunmasını dəstəkləyirəm”. Modern.az saytı xəbər verir ki, bunu iqtidar-müxalifət görüşündə iştirak edən Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə jurnalistlərə açıqlamasında deyib:

“Dialoq problemin həll edilməsindən ötrüdür. Hər kəs kimi biz də öz mövqeyimizi ifadə etdik. Hakimiyyət də öz mövqeyini ifadə etdi. Mən Avropa Oyunlarının Azərbaycanda keçirilməsini dəstəkləyirəm. Amma ölkədə hələ də siyasi məhbus məsələsi var. Yenə də siyasi dustaq məsələsini Avropa Oyunlarına qarşı qoymaq lazım deyil. Avropa Oyunlarının keçirilib-keçirilməməsindən asılı olmayaraq, dustaqlar azad olunmalıdır. Hakimiyyət təkliflərimizi müzakirə edəcək. Əli Həsənov hakimiyyətin bir nümayəndəsidir. O, lazımi orqanlara təkliflərimiz haqda məlumat verəcək”.

İqbal Ağazadə dialoqda seçki məsələsinin müzakirəsinin düzgün olmadığını da qeyd edib:

“Dialoqda seçkilərin müzakirə olunmasının tərəfdarı deyiləm. Müzakirə oluna bilməz. Seçkilərin mövcud qanunvericilik çərçivəsində ədalətli keçirilməsi kifayətdir. Məcəllə dəyişəcək? Faktiki olaraq buna vaxt yoxdur. Ona görə seçki məsələsini müzakirə edib yalandan saqqız kimi çeynəməyin faydası yoxdur”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?