I Avropa Oyunlarının açılışı gününün - 12 iyunun qeyri-iş günü elan edilməsi ilə bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmayıb.
Modern.az saytının məlumatına görə, bununla bağlı Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu jurnalistlərə açıqlama verib. O bildirib ki, məsələ parlamentin bu gün keçirilən iclasının gündəliyindən çıxarılıb. Milli Məclis rəsmisi deyib ki, məsələnin müzakirəsi təxirə salınıb: “Bunun Milli Məclisin gələcək iclaslarında gündəliyə salınacağı barədə isə bir məlumat yoxdur”.
Aqşin Kərimov