Modern.az

Çeçenistanda 20 min nəfərlik məscid tikilir

Çeçenistanda 20 min nəfərlik məscid tikilir

15 May 2015, 14:17



Çeçenistanda 20 min adamın yerləşə biləcəyi məscid tikilir. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, istifadəyə veriləndən sonra, bu, dünyanın ən iri məscidlərindən biri olacaq. Məscid tikintisinə Şali rayonunda başlanılıb.

Tikinti ilə bağlı məlumat verən Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun sözlərinə görə, məscidin hündürlüyü 36 metr, minarələrinin hündürlüyü isə 64 metr olacaq. O, bundan əvvəl deyib ki, məscidin layihəsini özbək arxitektorlar hazırlayıblar.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?