Çempionlar Liqasının yarımfinalında Turinin “Yuventus” klubuna uduzandan sonra “Real”ın baş məşqçisi Karlo Ançelottinin postundan uzaqlaşdırılacağı gündəmə gəlib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, “Real”ın yeni baş məşqçisi ola biləcək 5 namizədin adı çəkilir. Bunlar Zinədin Zidan (“Real Kastilya” klubunun çalışdırır), Yurqen Klopp (“Borrusiya”, Dortmund), Rafael Benites (“Napoli”), Roberto Mançini (“İnter”) və “Zenit”in baş məşqçisi Andre Villaş-Boaşdır.
Qeyd edək ki, “Kral klubu” bu mövsümdə faktiki olaraq hər hansı titul qazanmaqdan məhrum olub. Komanda Çempionlar Liqasının və İspaniya Kubokunun finallarına çıxa bilməyib, ölkə çempionatının başa çatmasına 2 tur qalmış “Real” lider “Barselona”dan 4 xal geri qalır.
Modern.az