Modern.az

"Qarabağı necə tanıyıram?" - FOTO

"Qarabağı necə tanıyıram?" - FOTO

Təhsil

15 May 2015, 14:00


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən elan olunmuş VI qrant müsabiqəsində "Qarabağı necə tanıyıram?"adlı layihə mayın 13-də Füzuli rayonunda Horadiz şəhər 2saylı orta  məktəbdə növbəti təlimin həyata kecirib. Mayın 14-də  Beyləqan  rayon  Sirac Mehdiyev adına Yuxarı Aran kənd orta məktəbində layihə yekunlaşdırılıb.

Layihə rəhbəri Ülviyyə Yaqubova çıxış edərk qeyd edib ki, layihənin keçrilməsində məqsəd Azərbaycan həqiqətlərini öyrənmək və təbliğ etmək, ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Qarabağımızı unutmamaq, indiki və gələcək nəsillərimizə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş milli qəhrəmanlarımızı tanıtmaqdır.

Sonda layihə rəhbəri təlimdə iştirak etmiş iştirakçılara sertifikatlar təqdim edib. Layihə çərçivəsində Bakı şəhəri, Beyləqan və Füzuli rayonlarında gənclər arasında vətənpərvərliyin təbliği mövzusunda təlimlər həyata keçirildi.Bununlada "Qarabağı necə tanıyıram?" lahiyesi yekunlaşdı.


Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?