Modern.az

Ayaz Mütəllibov Rəsul Quliyevin ittihamlarını cəfəngiyyat ADLANDIRDI

Ayaz Mütəllibov Rəsul Quliyevin ittihamlarını cəfəngiyyat ADLANDIRDI

15 May 2015, 16:35


Hazırda ABŞ-da mühacirətdə olan Milli Məclisin eks-spikeri Rəsul Quliyev keçmiş prezident Ayaz Mütəllibovun 1992-ci ilin may ayında dövlət başçısı postundan istefa verməsi ilə bağlı mütəmadi açıqlamalarla çıxış edir.

O, Modern.az-a müsahibəsində Ayaz Mütəllibovu hətta qorxaqlıqda da ittiham edib. Rəsul Quliyev keçmiş prezidenti hakimiyyətdə olarkən ölkəni uçuruma aparmaqda da qınayıb.

Eks-spikerin bu yöndəki mütəmadi açıqlamalarına Ayaz Mütəllibov reaksiya verib.

O, Modern.az saytına açıqlamasında bildirib ki, Rəsul Quliyev elə bir şəxsdir ki, ona cavab verməyi özünə rəva görmür.

“Ona cavab verməyi özümə borc və rəva bilmirəm”.

Keçmiş dövlət başçısı əlavə edib ki, eks-spikerin danışdıqları boş və mənasız sözlərdir: “Qoyun, nə qədər çərənləyir çərənləsin. Ona bundan artıq cavab verməyəcəyəm”.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?