Bunu Modern.az qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev deyib. O bildirib ki, qəzetin hazırkı durumu olduqca pisdir:
“Qasid” bizə borclu olduğu 69 min manatı vermədi. Bu çox qanunsuz bir hərəkətdir. Həm də qəzetlərin satış arealı hədsiz dərəcədə azaldılıb.
Hazırda qəzetimizin vəziyyəti ürəkaçan deyil. Belə ki, son 8 ayda qəzetin çıxması əməkdaşların fədakarlığı nəticəsində baş verib. 4 ayın maaşları ödənilməyib. amma bütün problemləri fədakarlıqla da həll etmək olmur. “Azərbaycan” nəşriyyatına xeyli borcumuz var. Bu səbəbdən gələn həftədən “Qasid” firmasının qarşısında etiraz aksiyaları keçirməyə başlayacağıq.
Başqa addımlar atmağa çalışacağıq. Amma hazırda elə bir vəziyyət yaranıb ki, nə isə planlaşdırmaq və həyata keçirmək olmur”.
Sevinc Yasinqızı