Modern.az

Fuad Muradov İslam Əməkdaşlıq Təşkilatının rəhbəri ilə görüşüb

Fuad Muradov İslam Əməkdaşlıq Təşkilatının rəhbəri ilə görüşüb

19 May 2015, 15:37

Böyük İpək Yolu Gənclər İttifaqının sədri, millət vəkili Fuad Muradov Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi İyad bin Amin Mədəni ilə görüşüb.

Modern.az xəbər verir ki, görüşdə Böyük İpək Yolu Gənclər İttifaqı ilə İslam Əməkdaşlıq Təşkilatı arasında ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub. Bildirilib ki, birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur.

İyad Mədəni Azərbaycanda olduğundan məmnunluq ifadə edib.

Qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanla bağlı layihələrə dəstək verməyə hazırdır.

Görüşdə həmçinin bir sıra ikitərəfli fəaliyyətlərin icrasına dair məsələlər müzakirə edilib. 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?