Modern.az

Nazir müavini rüşvət verərkən tutuldu

Nazir müavini rüşvət verərkən tutuldu

29 May 2015, 11:14

Qırğızıstanın mədəniyyət, turizm və informasiya naziri Məqsəd Çekiyev rüşvət verərkən tutulub. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, Qırğızıstan Daxili İşlər Nazirliyinin əməkdaşına 1600 dollar (92 min som) rüşvət verən anda həbs olunub. Daxili İşlər Nazirliyinin məlumatına görə, həbs baş prokurorluğun əməkdaşlarının da iştirakı ilə gerçəkləşib.

Hazırda Bişkekdəki təcridxanalardan birində saxlanılan Məqsəd Çekiyevin həbsi üçün məhkəmə qərarı gözlənilir.

 

Modern.az   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat