Modern.az

Polis casusluq edən göyərçini həbs edib

 Polis  casusluq edən göyərçini həbs edib

29 May 2015, 18:02


Hindistanın Pəncab ştatının polisi Pakistanın xeyrinə casusluqda “şübhəli bilinən” göyərçini ələ keçirib.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, yerli təhlükəsizlik qüvvələri göyərçinin ayağındakı üzük və Pakistanın dairələrindən birinə məxsus, onun üzərində urdu dilində yazılan telefon nömrəsi olub. 

 Göyərçin Pakistan sərhədinə yaxınlıqdakı Patxankot şəhərində yerə enib.

Onu burada yaşayan bir oğlan uşağı görüb.

O, “casus” göyərçindən şübhələndiyindən onu yaxınlıqdakı polis bölməsinə gətirib. Hüquq-mühafizə orqanları göyərçinin casusluqla fəaliyyəti ilə bağlı hələ ki rəsmi açıqlama vermirlər. Ancaq göyərçin xüsusi mühafizə altında saxlanılır.    

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat