Modern.az

ATƏT sədrinin Azərbaycana səfəri başlayıb

ATƏT sədrinin Azərbaycana səfəri başlayıb

1 İyun 2015, 09:48


ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiçin Azərbaycana səfəri başlayıb. 

İyunun 1-də onun Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, siyasi partiya nümayəndələri ilə görüşləri planlaşdırılıb.
 
Səfərin sonunda xarici işlər naziri ilə birlikdə mətbuat konfransı keçiriləcək. ATƏT sədri həmçinin qurumun Bakıdakı layihə-koordinatorluğuna baş çəkəcək. 
 
ATƏT sədri iyunun 2-də Gürcüstana, iyunun 3-də isə Ermənistana səfər edəcək. (APA)

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat