Modern.az

“Eldar Namazovla görüşmürəm” – Eldəniz Quliyev

“Eldar Namazovla görüşmürəm” – Eldəniz Quliyev

Təhsil

1 İyun 2015, 11:31


“Eldar Namazova qarşı münasibətim normaldır. Necə ola bilər?! Biz 15 il bir yerdə olmuşuq”.  

Bunu Modern.az saytına Milli Şuranın üzvü Eldəniz Quliyev deyib. O bildirib ki, Eldar Namazovla siyasi müstəvidə, sadəcə olaraq  yolları haçalanıb:   “Amma bu o demək deyil ki, mənim onunla münasibətim pis olmalıdır. Münasibətlərimiz normaldır. Son zamanlar Eldar Namazovla görüşmürəm. Çünki həm mənim başım qarışıqdır, həm də o ölkədə olmayıb”.

2013-cü ilin mart ayında Eldar Namazovun rəhbərliyi ilə “El” Hərəkatı yaradılıb. Eldəniz Quliyev həmin təşkilatın Ali Məclisinin sədri olub.

Sonradan hər iki şəxs Milli Şurada təmsil olunsalar da, 2013-cü il prezident seçkilərindən sonra Eldar Namazov bu qurumdan istefa verib.  

Hazırda “El” Hərəkatı demək olar ki,  fəaliyyət göstərmir.    

Yeganə OQTAYQIZI    

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat