Modern.az

Ərdoğan vəsiyyətini açıqladı - qonaqlar AĞLADI

Ərdoğan vəsiyyətini açıqladı - qonaqlar AĞLADI

Təhsil

1 İyun 2015, 12:19


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vəsiyyətini açıqlayıb.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan Haliç Konqres Mərkəzində "Köhnə dostlar prezidentlə görüşür” tədbirində iştirak edib. Tədbirdə prezidentin həyat yoldaşı Əminə Ərdoğan və qızı Sümeyye Ərdoğan da iştirak edib.

Prezident Ərdoğan Arakanda şəhid olmuş Osmanlı əsgərinin məzarından torpaq gətirildiyini eşidəndə vəsiyyətini açıqlayıb. “Yoldaşıma və uşaqlarıma vəsiyyətimdir. Mən öləndə Arakanda şəhid olmuş manisalı Osmanoğlu Məhəmmədin qəbrindən gətirilən torpağı məzarıma töksünlər” deyincə, salondakı qonaqlar birdən-birə gözyaşlarına boğulub.  

Gülşən RAUFQIZI 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat