Modern.az

"Onun Bakıya səfərindən sonra irəliləyiş gözləyirəm"

"Onun Bakıya səfərindən sonra irəliləyiş gözləyirəm"

Təhsil

1 İyun 2015, 14:41


"Cənab Daçiçin səfərindən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansısa irəliləyiş olacağını gözləyirəm".

  APA-nın məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov ATӘT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiçlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.  

Nazir bildirib ki, artıq məsələni yerindən tərpətmək vaxtı yetişib:

"Bütün tərəflər münaqişənin həllində maraqlıdır. Həmsədr ölkələr də çalışır ki, məsələ yerindən tərpənsin. Ola bilsin ki, yaxın vaxtarda həll üçün görüş olmasa da, hansısa yol seçilməsi üçün görüş baş tutsun. Təbii ki, bu, Minsk qrupu formatı çərçivəsində olacaq".  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat