Modern.az

“Naşir” jurnalının Orxan Pamuku, Anarı və Mirşahini danışdıran yeni sayı çapdan çıxdı

“Naşir” jurnalının Orxan Pamuku, Anarı və Mirşahini danışdıran yeni sayı çapdan çıxdı

Təhsil

1 İyun 2015, 22:17

Azərbaycan Naşirlər və Poliqrafiyaçılar Birliyinin rəsmi orqanı olan “Naşir” jurnalının yeni sayı çapdan çıxıb.

Modern.az xəbər verir ki, jurnalın yeni sayında xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, tanınmış telejurnalist Mirşahin Ağayevlə  müsahibələr  yer alıb.

Həmçinin dünya çapında tanınan yazıçı, Nobel mükafatçısı laureatı Orxan Pamukdan alınan müsahibə jurnalın bu sayında oxuculara təqdim olunacaq.

Müsahibələrlə bərabər bir sıra maraqlı araşdırmalar və maarifləndirici materiallarla görüşə gələcək jurnalın baş redaktoru jurnalist-yazar Gülnar Məsimlidir.

Elmin NURİ 

 
Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat