Modern.az

Bakıda polis əməkdaşı qəza törədib, ölən və yaralanan var

Bakıda polis əməkdaşı qəza törədib, ölən və yaralanan var

8 İyun 2015, 10:40

Azərbaycan paytaxtında polis əməkdaşı yol-nəqliyyat hadisəsi törədib. APA-nın məlumatına görə, hadisə Bakının Mərdəkan-Buzovna şosesində qeydə alınıb. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis-leytenantı, 1993-cü il təvəllüdlü Oqtay Rəhimov idarə etdiyi “Hyundai İX 35” markalı avtomobili aşırıb. Nəticədə sürücü və maşında olan sərnişin, 1992-ci il təvəllüdlü Maqsud Zeynalov xəstəxanaya aparılıblar. Yaralılardan M. Zeynalov aldığı xəsarətlərdən xəstəxanada ölüb.  

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə