Modern.az

Ermənistanda rus əsgər öldürülüb

Ermənistanda rus əsgər öldürülüb

15 İyun 2015, 13:59


Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasında hərbi qulluqçu İvan Novikov öldürülüb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, iyunun 15-də meyiti aşkarlanan Novikov Ermənistanda 2-3 aydır xidmət edirmiş.

Öldürülən əsgərin bədənində bıçaq xəsarətləri aşkarlanıb. Onun hansı səbəbdən öldürülməsi ilə bağlı hələ ki heç bir versiya yoxdur.

***

Gümrüdə öldürülən əsgərə görə onun hərbçi yoldaşı saxlanılıb. Ermənistan istintaq komitəsindən verilən xəbərə görə, bu həmin hərbi hissədə müqavilə əsasında qulluq edən İvan B.dir.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə