Dairə Seçki Komissiyalarından imza vərəqəsini götürən 1412 nəfərdən 297 nəfəri vərəqələri qaytarmayıb. Bu barədə məlumat Modern.az-a MSK-dan daxil olub.
MSK-dan bildirilib ki, 1115 nəfəri imza vərəqlərini vaxtında qaytarıb. 72 nəfər özü seçkilərdə iştirak etməkdən imtina edib. 309 nəfərin namizədliyini qeydə alınması isə DSK-lar tərəfindən imtina edilib. Bunlardan 47-si qadındır. DSK-larda 734 deputatlığa namizəd olaraq qeydə alınıb. Bu deputatlığa namziədlərdən 100 nəfəri qadındır. 39 nəfər isə qeydə alındıqdan sonra namizədliyini geri götürüb. Onlardan 7-si qadındır.
Milli Məclisə seçkilərdə deputat mandatı üçün 695 nəfər mübarizə aparacaq.