Modern.az-ın Mərkəzi Seçkilər Komissiyasına istinadla verdiyi məlumata görə, İTV-nin bu günkü canlı efirində 13 saylı Xəzər, 29 saylı Səbail, 85 saylı Şamaxı, 91 saylı Ucar, 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputatlığa namizədlər olacaq.
13 saylı Xəzər birinci seçki dairəsindən YAP-ın vahid namizədi Rauf Əliyev, Buzovna bələdiyyəsinin sədr müavini Əfrasiyab Əmirov, Xəzər rayon icra hakimiyyətinin məsul işçisi müstəqil YAP-çı Muxtar Məmmədov, AMİP-in dəstək verdiyi “İqlim” zavodunun baş ustası Ramiz Məmmədov debata çıxacaq.
29 saylı Səbail seçki dairəsindən isə efirdə müstəqil YAP-çı Elbrus Abdullayev, Səbail rayon İcra Hakimiyyətinin işçisi Elşad Abdullayev, Xəzər Dəniz Donanmasının mühəndisi, ADP-çi Sadiq Həsənov, YAP-ın namizədi “İçərişəhər” MMC-nin direktoru Rəşid Hüseynov, AXCP Ali Məclisinin sədri Həsən Kərimov, Səbail Gənclər və İdman idarəsinin rəis müavini Faiq Qurbanov, bitərəf sahibkarlar Eyvaz Məmmədov və Namiq Məmmədov, Milli Məclisin üzvü Fuad Muradov olacaq.
85 saylı Şamaxı seçki dairəsindən isə İTV-dəki debatlara YAP-ın namizədi, Müəllimlər İnstitutunun Şamaxı filialında kafedra müdiri olan Eyvaz Eminalıyev, Vəhdət Partiyasının sədri Tahir Kərimli, “Novaya Vremya” qəzetinin direktoru, AXCP-Müsavat” blokunun namizədi Məzahir Məmmədov, litsey müəllimi Şahin Osmanov və AVCİYA-nın prezidenti Elxan Süleymanov olacaq.
91 saylı Ucar seçki dairəsindən isə debata YAP-n namizədi Şəhla Abdullayeva,”Qarabağ” və DADP-nin işsiz namizədləri Şahlar Ələkbərovla Məhəmməd Hüseynov olacaq. Debatda həmçinin Milli Məclsin üzvü Elton Məmmədov, Dəmir yol idarəsinin briqadiri Aydın Mirzəyev iştirak edəcək.
98 saylı Şəmkir şəhər seçki dairəsindən isə müəllim Zakir Bayramov, təqaüdçü namizəd Fariz Cəfərli, musiqi müəlliməsi Aynura Hüseynova, Slavyan Unversitetinin prorektoru Sahibə Qafarova və bitərəf müəllim İradə Məmmədova çıxış edəcək.
Modern.az