Amerika Aviasiya və Kosmos Dairəsinin (NASA) su tapmaq ücün Aya göndərilən raketi ayda su, gümüş və civə tapıb. Modern.az saytının xarici mətbuata istinadən verdiyi məlumata görə, NASA və Ay Krateri Müşahidə Peyki ( LCROSS) 9 oktyabr 2010-cu ildə Ayın cənub qütbündəki “Cabeus” kraterinə raket göndərib. Raketin göndərilməsində məqsədi Ayın sözügedən kraterində buzun olub-olmadığını yoxlamaq idi.
Göndərilən “Centaur” adlı raket kraterin təxminən 30 metrliyində partlayış edib. Partlayışla birlikdə ətrafa 4-6 ton arasında qaya, toz və buxar yayılıb. Yayılan hissələri başqa bir cihazla müşahidə edən NASA nümayəndələri maraqlı kəşflərlə qarşılaşıblar. Belə ki, “Cabeus” kraterinin icindəki kütlənin yüzdə 5,6-sının donmuş sudan meydana gəldiyi məlum olub. Gümüş kicik partiküllər halında, civə miqdarının isə gözləniləndən cox olduğu bəlli olub.
NASA LCROSS-nın nümayəndəsi Antoni Coloptere isə bildirib ki, onların hesablamalarına görə, “Cabeus” kraterində 1 milyard kub donmuş su var. Bu su ilə təxminən 1500 olimpiya hovuzunu doldurmaq mümkündür.