Nigeriyada olan müharibəyə Peleyə tamaşa etmək üçün fasilə verilibmiş
Bu gün dünya şöhrətli futbolçu Pelenin ad günüdür. Pele 23 okytabr 1940-cı ildə Braziliyada anadan olub. Dünyanın indiyə qədərki ən məşhur futbolçularından biri hesab edilir. Braziliya Milli Komandası ilə 3 dəfə Dünya Kubokunu qazanıb. İlk Dünya Kubokunu 1958-ci ildə İsveçdə keçirilən çempionatda alıb. Futbolçu karyerasında 1281 qol vuraraq möcüzə rekordana imza atıb.
Bütün dünyada o qədər sevilirdi ki, Nigeriyada olan müharibəyə Peleyə tamaşa etmək üçün fasilə verilmişdi. Braziliya hökuməti onu Avropa klublarının çox istəməyinə görə "Milli Sərvət" elan etdi və beləliklə onun Braziliyada qalmağını dəstəklədi.
"Qara Mirvari" ləqəbli futbolçu 1977-ci ildə futbol həyatını bitirdiyini elan etdikdə dünya qazetləri "onun üçün göy də ağladı" yazdılar. 1994-98-ci illər arasında ölkəsində İdman Nazirliyinə rəhbərlik edib.
Modern.az