Modern.az

Moskva meri azərbaycanlılara qarşı “rus marşına” icazə verdi...

Moskva meri azərbaycanlılara qarşı “rus marşına” icazə verdi...

26 Oktyabr 2010, 17:07

Ultra-millətçilər noyabrın 4-də keçirəcəkləri yürüşdə “Moskva moskvalılar üçündür ” deyəcək

Moskvanın yeni seçilmiş meri Sergey Sobyanin rus millətçilərinə noyabrın 4-də “rus marşı”nın keçirilməsi üçün razılıq verib.  Marş şəhərin cənub –şərq hissəsi olan Lyublinoda keçiriləcək. Modern.az RİA Novosti –yə istinadən bildirir ki, yürüşün təşkilatçısı kimi miqrantlara qarşı qatı şovonizm təbliğ etdiyinə görə qadağan edilmiş “Slavyan İttifaqı” çıxış edib.

“Slavyan İttifaqı” bu ilin aprelində qadağan edilib. Qurumun lideri Demuşkinin bütün səylərinə baxmayaraq təşkilatı safa çıxara bilməyib. Məhkəmə davam etdiyi müddətdə Demuşkin digər bir təşkilat “Slavyan gücü”nu yaradıb.   

“Rus marşı” ənənəvi olaraq  Rusiyada 4 noyabrda qeyd olunan “Milli Birlik Günü”ndə keçirilir. Yürüşə adətən ultra millətçi baxışaları olan insanlar qatılır. Aksiyada Moskvaya işləməyə gələn miqrantlara nifrət aşılayan şüarlar səsləndirilir. Son dəfə keçirdikləri aksiyada millətçilər “bütün qafqazlıları şəhərdən qovmağa” və “Azərbaycan, Ermənistan, Asiya respublikaları ilə viza sisteminin yaradılmasını” tələb ediblər.

Bu il millətçilər Əhməd Kadırov küçəsinə toplaşmaq niyyətindədirlər.  

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə