Modern.az

Əhəd Abıyev görüşlərə başladı ®

Əhəd Abıyev görüşlərə başladı  ®

26 Oktyabr 2010, 21:04

Oktyabrın 26-da Milli Məclisin deputatı,  31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Əhəd Abıyev Suraxanı rayonun Qaraçuxur qəsəbəsindəki Qurban Abbasov  adına Mədəniyyət sarayın qarşısında seçiciləri ilə görüş keçirib.

Görüşdə 1000-ə yaxın seçici iştrak edib. Seçicilər Əhəd Abıyevi yüksək səviyyədə və gürültülü alqışlarla qarşılayıblar.

Görüşdə Suraxanı rayonun ziyalıları, idmançılar iştrak edib. Görüşdə çıxış edən millət vəkili Əhəd Abıyev seçicilərin hər birinə ayrı-ayrılıqda öz dərin təşəkürünü bildirib. Əhəd Abıyev onu da vurğulayıb ki, Suraxanı onu üçün çox yaxın və çox doğma bir rayondur: “Mənim thəələbəlik illərim burada keçib, şəhər qeydiyyatım da buradır”.  

Daha sonra Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Suraxanı rayon təşkilatının sədri Eldar Rüstəmov və digər şəxslər çıxış edərək Qaraçuxur və Yeni Günəşli qəsəbəsinin sakinlərini seçkilərə gəlməyə səsliyib və hamılıqla Əhəd Mikayıl oğlu Abıyevə səs verməyə çağırıb.


Seçki qərargahı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə