Modern.az

Fuad Muradov: «Mənim gücüm sizin səsinizdədir»

Fuad Muradov: «Mənim gücüm sizin səsinizdədir»

27 Oktyabr 2010, 12:33

29 saylı seçki dairəsindən deputatlığa namizəd olan Fuad Muradov seçicilərlə görüşlərini davam etdirir. 26 oktyabrda Fuad Muradov Səbail rayonu Badamdar qəsəbəsində seçicilərlə görüşüb. Deputatlığa namizədi qəsəbə sakinləri rəğbətlə qarşılayıb. Əvvəlcə namizədin vəkili onun platforması haqqında seçiciləri məlumatlandırıb. Bildirib ki, Fuad Muradov Səbailin problemlərini bir-bir araşdırıb və yenidən millət vəkili seçiləcəyi təqdirdə əhalinin sosial, səhiyyə, təhsil sahələrində bir sıra vacib olan məsələlərin həllinə çalışacaq.

«Mənim gücüm sizin səsinizdədir» - deyə çıxışına başlayan Fuad Muradov onu da əlavə edib ki, ötən 5 ildə seçicilərin müraciətləri bir-bir araşdırılıb və əksəriyyəti tez həll olunub. «Mənimlə görüşmək üçün sadəcə müraciət etmək kifayətdir. Sizin sözünüzü lazım olan ünvanlara çatdırmaq mənim vəzifəmdir.»
Fuad Muradov onu da qeyd edib ki, növbəti 5 ildə görüləcək işlər var və ona etimad göstəriləcəyi təqdirdə seçicilərlə işləməyə hazırdır.

Seçicilər də Fuad Muradovun hər zaman onların yanında olduğunu bir daha vurğulayıblar. Bir fikir xüsusi olaraq vurğulanıb ki, sosial problemlərdən çox dövlət əhəmiyyətli məsələlərin həlli daha vacibdir.

 

 

 

 

 

 
Namizədin Seçki qərargahı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə