Modern.az

Azercell Maximum Gənc və “Əli və Nino” dükanları şəbəkəsinin birgə layihəsi

Azercell Maximum Gənc və “Əli və Nino” dükanları şəbəkəsinin birgə layihəsi

27 Oktyabr 2010, 12:44

Bu gün Azercell Maximum Gənc və “Əli və Nino” kitab dükanları şəbəkəsinin “Book Club” adlanan yeni layihəsinin təqdimatı oldu. Layihənin məqsədi gənclərin diqqətini Azərbaycan ədəbiyyatına cəlb etmək, eləcə də yeni nəsildə kitab oxumağa həvəsi artırmaqdır. Təqdimatda çıxış edən Korporativ Ünsiyyət və Sosial Məsuıliyyət bölümünün rəhbəri Ülviyyə Həsənzadə belə layihələrin vacibliyini vurğulayaraq bildirdi: “Azərbaycan gənclərinin ədəbiyyata marağını artırmaq məqsədi daşıyan bu layihəyə dəstək olmağımızdan çox məmnunuq. Layihə maraq və rezonans nümayiş etdirdiyi halda daha geniş şəkildə inkişaf etdiriləcək və daha çox sayda oxucular arasında həyata keçiriləcək”.

Bu layihə 4 ay ərzində Azercell Maksimum Gənc abunəçiləri üçün həyata keçiriləcək. 120 kitabsevər gənc seçilib 4 qrupa bölünəcək. Kitabsevərlər onlara pulsuz təqdim olunan kitabları 1 ay ərzində oxuyacaqlar, daha sonra isə yenidən toplaşaraq birlikdə müzakirə edəcəklər.

Təqdim olunan kitablar müasir Azərbaycan ədəbiyyatının nümunələri olacaq.

Müzakirələr sərbəst şəraitdə aparılacaq, hər gənc özünün ədəbi diskussiya etmək qabiliyyətini göstərə biləcək.  Layihədə 120 gənc iştirak edəcək və 500-ə qədər pulsuz kitab paylanacaq. 

Layihənin sonunda ədəbi diskussiyalarda ən bacarıqlı  iştirakçıya hədiyyələr veriləcək.



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə