Modern.az

Qəzada ölən jurnalistin cənazəsi Bakıdan Neftçalaya aparılıb

Qəzada ölən jurnalistin cənazəsi Bakıdan Neftçalaya aparılıb

27 Oktyabr 2010, 14:39

Oktyabrın 27-də səhər saatlarında avtomobil qəzasında həlak olmuş "Milli yol" qəzeti və "Poliqon" İA-nın baş redaktoru Şahin Ağabəyli ilə Bakıda vida mərasimi keçirilib. Mərasimdə jurnalust təşkilatlarının, qəzetlərin rəhbərləri, jurnalistlər iştirak ediblər. Daha sonra mərhumun cənazəsi doğulduğu Neftçala rayonuna yola salınıb.

Şahin Ağabəyli 1976-cı ildə Neftçalada doğulub. Jurnalist fəaliyyəti dövründə “Bakı həftəliyi”, “Bizim yol” qəzetlərində çalışıb. 2003-cü ildə “Milli Yol” qəzetini, 2006-cı ildə “Poliqon” İnformasiya Agentliyini təsis edib.

Evli idi, bir övladı var.

Şahin Ağabəyli bu gün saat 09:00 radələrində Bakı-Ələt yolunun 51-ci kilometrliyində, Qaradağ rayonunun Sanqaçal qəsəbəsində baş verən yol qəzası nəticəsində həlak olub. Qəza nəticəsində maşında olan digər jurnalist "Yeni Çağ" qəzetinin baş redaktoru Aqil Ələsgər ağır xəsarət alıb.
A.Ələsgərin idarə etdiyi “Nissan Tiida” markalı avtomobil yoldan çıxaraq maneəyə dəyib. Sürücünün idarəetməsindən çıxan maşın 50 metr məsafə uzağa düşüb.

DYP rəsmiləri deyiblər ki, ilkin ehtimala görə, qəzaya səbəb yüksək sürət olub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə