Bu nüfuzlu qurumun dünənki iclasında bununla bağlı məruzə qalmaqal yaradıb
BMT-nin baş qərargahında insan hüquqları müzakirəsi çərçivəsində BMT-nin təhsil hüququ üzrə xüsusi məruzəçinin təhsildə seksual maarifçiliyi öyrətməyi ehtiva edən məruzəsi kəskin tənqid edilib. Modern.az BMT-nin rəsmi saytına istinadən bildirir ki, müzakirələrdə iştirak edən dünya ölkələrinin nümayəndə heyətlərində bununla bağlı iki rəy yaranıb.
Xüsusi məruzəçi qeyd edib ki, cinslərin münasibəti insan həyatının ayrılmaz hissəsini təşkil edir. “Lakin insanlar bu cinslərarası əlaqələri barədə çox zaman susurlar. Bunu çox hallarda milli, dini və ideoloji səbəblərlə bağlayaraq bu barədə müzakirələrdən yayınırlar. Bu isə həyatda patriarxal tərzin saxlanmasına yönəlib”-deyə hesabatda deyilir.
Sənəddə qeyd olunur ki, cinsi əlaqə, sağlamlıq və təhsil bir-biri ilə bağlı olan hüquqlardır. Öz məruzəsində BMT-nin eksperti hərtərəfli seksual maarifçilik hüququnun tanınması məsələsini vacib və aktual olduğunu deyib.
Məruzəçi Kişor Sinqxin bu məruzəsi BMT-də əməlli-bşlı rezonans yaradıb. BMT-nin üzv dövlətləri bu məruzəyə qarşı çıxaraq bunun qəbuledliməz olduğunu vurğulayıblar. Ölkələrin nümayəndələri bildiriblər ki, belə bir öhdəlik ölkələrində qarşıdarma yarada bilər.
ABŞ nümayəndə heyəti bəyan edib ki, seksual maarifləndirmə ilə bağlı heç bir tanınmış beynəlxalq hüquq yoxdur. Cənubi Afrikanın nümayəndələri isə narazılıq edərək məruzəçinin mandatdan kənara çıxdığını deyiblər. Rusiya məruzəni “qəbuledilməz” adlandırıb.
Buna baxmayaraq sənədi dəstəkləyən ölkələr də olub. Kanada, Avropa İttifaqı və Kosta-Rika təhsil sahəsində seksual maarifləndirmə ilə bağlı konsepsiyanı dəstəkləyərək bunun mühüm olduğunu deyiblər.
BMT nümayəndəsi hesab edir ki, dövlətlər öz vətəndaşları üçün cinslərarası əlaqələr, reproduktiv sağlamlıq və gigyena ilə bağlı informasiyaların almasına heç bir hüquqi sədd çəkməməlidir.
BMT orta məktəblərə təklif edir ki, burada oxuyan uşaqlar cinsi münasibətlərə təkcə artımın bioloji aspekti kimi qiymət verməsinlər.
“Onlar insan seksuallığının cinslərarası münasibətlərə müxtəlif təsirini də bilməlidirlər”-deyə hesabatda bildirilir.