Ermənistanın baş naziri Tiqran Sarkisyanın İrana səfəri zamanı rəsmi Tehran Ermənistana Qarabağ münaqişəsinin həllində vasitəçiliyini təklif edib. Bu barədə İranın xarici işlər naziri Məniçöhr Mütəəki bildirib.
Modern.az “irna.ru” saytına istinadən bildirir ki, Mütəəki erməni baş nazirlə görüşündə Dağlıq Qarabağ danışıqları ətrafında gedən “son proseslərdən narahat olduqlarını” və məsələnin sülh yolu ilə həlli üçün Bakı ilə İrəvan arasında vasitəçiliyə hazır olduğunu bəyan edib.