Oktyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərini başa çatdıraraq Ukraynaya rəsmi səfərə gedib. Həştərxan şəhərinin hava limanında dövlətimizin başçısını Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar. (AzərTac)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi oktyabrın 27-də Ukrayna paytaxtı Kiyevin Borispol hava limanında bu ölkənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. Milli geyimli qızlar dövlət başçısına duz-çörək təqdim ediblər.