29 saylı seçki dairəsindən deputatlığa namizəd olan Fuad Muradov 27 oktyabrda Səbail rayonunun Xanlar 38, 40, Hüseynbala Əliyev 35, Çernyaxovski küçələrinin sakinləri ilə görüşlər keçirilib.
«Bir daha Muradov Fuad!» yazılmış plakatlarla görüşə gələn sakinlər qarşında çıxış edən Fuad Muradov bildirib ki, ölkəmizə son illər aparılan islahatlar Səbailə də öz müsbət təsirini göstərib.
«Bunu hər biriniz öz həyatınızda yəqin ki, hiss edirsiniz. 5 il bundan əvvəl ilə müqayisədə ciddi dəyişikliklərin olduğunu hər biriniz bilirsiniz».
F.Muradov qeyd edib ki, ermənilərin təcavüzü nəticəsində yurd-yuvalarından didərgin olan soydaşlarımızın problemləri çoxdur.
«Dövlətimiz bu istiqamətdə ciddi tədbirlər görür. Çadır şəhərcikləri ləğv olundu. Bütün bunlar böyük vəsaitlər tələb edir».
Sakinlər Azərbaycanın yeganə problemi olan Dağlıq Qarabağın sülh yolu ilə azad olunması istiqamətində beynəlxalq təşkilatlara ölkəmizin haqq səsinin çatdırılmasında göstərdiyi səylərə görə Fuad Muradova təşəkkürlərini bildiriblər və qarşıdan gələn seçkilərə bir daha ona etimad göstərəcəklərini deyiblər.
Növbəti görüş isə Veteranlar Birliyinin Səbail təşkilatı ilə keçirilib. Burada da veteranlara göstərilən diqqət və qayğıdan razılıq edilib. Ölkəmizin azadlığı uğrunda döyüşən insanlara hər zaman dəstək göstərdiyinə görə Fuad Muradova təşəkkür edilib. Deputatlığa namizəd öz növbəsində bundan sonrakı fəaliyyətində də Azərbaycanın ərazi bütövlüyü məsələsini hər zaman öndə tutacağını qeyd edib.
Namizədin seçki qərargahı