Modern.az

Ermənilərdən yeni sərsəm təklif: “Ağvan erməni Respublikası”

Ermənilərdən yeni sərsəm təklif: “Ağvan erməni Respublikası”

28 Oktyabr 2010, 16:00

Azərbaycan erməniləri Assambleyasının sədri Qriqori Ayvazyan yeni sərsəmləmlərini açıqlayıb. İrəvanda mətbuat konfransı keçirən bu başabəla “yerlimiz” işğal olunmuş rayonların ərazilərində yeni erməni dövlətinin yaradılmasını təklif edib. Qriqoryan deyib ki, “Ağvan erməni Respublikası” adlanacaq yeni “dövlətin” paytaxtı Laçın şəhəri olacaq. 
“Yeni dövlətin” gerb və bayrağı da artıq hazırdır.  Bu “dövlətdə” guya Azərbaycandan qaçmış “bir milyon” erməni yaşayacaq. “Respublika” gələcəkdə referendum keçirməklə Ermənistana birləşə bilər.

Bu Ayvazyan bir qədər əvvəl Azərbaycan vətəndaşı kimi parlament seçkilərinə namizəd kimi qatılmaq üçün MSK-ya müraciət etmişdi.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə