Modern.az

Hacı Madər seçicilərinə səsləndi: “Kimə istəsəniz ona da səs verərsiniz” ®

Hacı Madər seçicilərinə səsləndi: “Kimə istəsəniz ona da səs verərsiniz”  ®

Təhsil

28 Oktyabr 2010, 17:06

Oktyabrın 28-də Binəqədi rayonundakı “Binəqədi İdman Sağlamlıq Konplesi”nin binasında  Milli Məclisin deputatı, 10 saylı Binəqədi üçüncü seçki dairəsi  üzrə bitərəf namizəd Madər Əliəsgər oğlu Musayev seçicilərlə görüşüb.

Görüşdə 500-dən artıq seçici iştrak edib.

Namizədin vəkili Niyaz Niftiyev çıxış edərək bildirib ki, 10 saylı Binəqədi üçüncü seçki dairəsinin ərazisinə daxil olan Biləcəri qəsəbəsində və digər yaşayış məntəqələrində seçicilərlə fəal təbliğat-təşviqat  kanpaniyası aparılıb:

- Hörmətli seçicilər, fürsətdən istifadə edib onu da bildirmək istəyirəm ki, Hacı Madər Musayevin seçki şuarı belədir “Tanıdığınız insana səs verin, etimadınızı doğruldanı seçin!”

Daha sonra Madər Musayevin seçki qərərgahın rəhbəri Ağabala Musayev çıxış edərək seçiciləri 7 noyabr parlament seçkilərində fəal olmağa səsləyib:
- Sizin hamınızı 7 noyabrda seçki məntəqələrinə gələrək seçkidə yaxından iştrak etməyə, daim sizin qayğınıza qalan, problemlərinizin həllinə yardımçı olan Hacı Madər Musayevə səs verməyə çağırıram.

Bakı Dövlət Universitetinin professoru, Hacı Madərin namizədliyini irəli sürdüyü dairənin sakini Məhəmmədhəsən Beydullayev çıxış edərək bildirib ki, bu dairədə M.Musayevi yaxşı tanıyır, onun fəaliyyətindən xəbərdardırlar:

- Biz buraya Hacını tərifləməyə yığışmamışıq, sadəcə olaraq bizim seçki dairəsində qarşıya çıxan problemlərin həlli yollarının axtarılıb tapılması ilə bağlı buradayıq. Hacı bu işləri sözüylə deyil, əməli ilə subut edən bir insandır.

İqtisad Universitetinin professoru Şahrza Ağayev də çıxış edərək bildirib ki, Hacı Madər Musayev kimi deputat hər seçiciyə qismət olmur:

 - Ölkənin ictimai-siyasi həyatında, qanunların yüksək səviyyədə tərtib olunmasında, Azərbaycançılıq ideyalarının inkşaf etdirməsində, ölkə başçısının daxili və xarici siyasətinin dəstəklənməsində, fundamental işlər gördüyünə görə Azərbaycanın ali mükafatlarından olan “Şöhrət” Ordeninə layiq görülüb. Bundan o yanası yoxdur. Əziz dostlar, biz xoşbəxtik və qürur duyuruq. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev Hacının belə gözəl ağsaqqal olmasına görə Binəqədinin küçələrini qarış-qarış gəzmişdi. Əziz seçicilər, qonşular, qohumlar!  Binəqədi rayon sakinləri, 7 noyabır tarixində sizin  hamınızı seçkiyə dəvət edirəm və Hacı Madər Musayevə səs verməyə çağırıram.

Sonra Milli Məclisin deputatı, 10 saylı Binəqədi üçüncü seçki dairəsi üzrə namizədliyi qeydə alınmış Hacı Madər Musayev çıxış edib:

- Əziz seçicilər! Vaxtınızı sərf edib bizimlə görüşə gəldiyinizə görə sizin hamınıza təşəkkür edirəm. İnanın  mən belə rəsmi görüş keçirməyi  məsləhət bilmirdim. Mən hörmətli vəkillərimə bildirdim ki, görüşdə bu insanlara nə danışacağam? Onsuz da bu insanlar hər gün xeyir-şər məclislərində, yolda gördüyüm insanlardır. Deputat olduğum illərdə çalışmışam ki, kəndimizin, elimizin, obamızın problemlərinin həllinə kömək edim.

Ancaq onu da bildirim ki, problemləri həll etmək tək bir deputatın işi deyil, burada bələdiyyələr, icra nümayəndələri, digər strukturlar can yandırmalıdır. Bu qəsəbə artıq qəsəbə statusuna sığışmır. 1995-ci ildə burada cəmi 5 min seçici var idisə, indi bu rəqəm 12 mini keçib. Qəsəbəmiz böyüdükcə, genişləndikcə, inkşaf etdikcə problemləridə olur və bu problemlərin həllində əlimizdən gələni biz edəcəyik.

Mənə sual olunur ki, sənin platforman niyə yoxdur, platforma yazmaq çox çətin bir iş deyil. Yazarıq ki, biz bu işi belə görəcəyik, yolları asfaltlayacağıq və s. Bilmək olmaz 1 aydan sonra qəsəbənin nə problemi olacaq, ancaq mən bu qəsəbədə yaşayan bir adam  kimi yaranan problemləri sizinlə bərabər həll edirəm. Bundan sonra da belə olacaq. Məni nisbətən eşidirlər. Mən bu kəndin sakini kimi əlimdən gələni eləmişəm, bundan sonra da edəcəm.

Əziz seçicilər! Sizdən bir kənd sakini kimi xahiş edirəm ki, bacardığınız qədər bizim alternativlərimizə əlinizdən gələn hörməti edin. Səs vermək sizin öz hüququnuzdur, kimə istəsəniz onda  səs verərsiniz.  


 

 

 


Seçki qərargahı

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə