Modern.az

İlham Əliyevin Ukrayna səfəri başa çatıb

İlham Əliyevin Ukrayna səfəri başa çatıb

29 Oktyabr 2010, 10:00

Oktyabrın 28-də Kiyevdə Ukrayna Prezidenti Viktor Yanukoviçin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib.  (AzərTAc)
Dövlət başçıları naharda çıxış ediblər.
Prezident Viktor Yanukoviç bildirib ki, ölkələrimiz arasında daim inkişaf edən münasibətlərin bugünkü səviyyəsi nikbinlik doğurur. O, deyib ki. Ukrayna xalqı dahi insanın xatirəsini qəlbində yaşadacaq və Ukrayna iqtisadiyyatı üçün ağır günlərdə göstərdiyi dəstəyi həmişə xatırlayacaq. Ukrayna dövlətinin başçısı bildirib ki, iki ölkə arasında əməkdaşlığın inkişafı naminə atılan hər bir addım bundan sonra da xalqların rifahına xidmət edəcək.
Viktor Yanukoviçə gözəl Ukrayna torpağında göstərilən səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlıq edən Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, bu səfər ölkələr arasında münasibətlərin tarixində inteqrasiya və əməkdaşlığın inkişafı üçün atılan ən vacib addımlardan biri kimi qalacaqd.
Münasibətlər genişləndikcə müzakirə olunan məsələlərin əhatə dairəsi daha da zənginləşəcək və əlaqələrin inkişafı üçün yeni sahələr əlavə olunacaq. Bunun üçün dövlət başçılarının siyasi iradəsi var.
"Biz biri-birimizə etimad göstəririk və bu, istənilən ölkələrin münasibətləri üçün çox vacibdir".
Prezident İlham Əliyev Prezident Viktor Yanukoviçə və Kiyev şəhərinin rəhbərliyinə Ukrayna paytaxtında parkların birinə Heydər Əliyevin adının verilməsi barədə qərara görə minnətdarlıq edib. Dövlət başçısı səfər çərçivəsində aparılan müzakirələrdən məmnun qaldığını bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri oktyabrın 28-də başa çatıb.
Borispol hava limanında Azərbaycan Prezidentini Ukraynanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.

İlham Əliyev ptən gecə Bakıya gəlib. Azərbaycan Prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıb.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə