Modern.az

Əsgərimiz şəhid olub

Əsgərimiz şəhid olub

29 Oktyabr 2010, 11:48

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri şəhid olub.

APA-nın xəbərinə görə, şəhid olan əsgər Salyan rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış 1991-ci il təvəllüdlü Mustafayev Telman Elman oğludur. Onun Qazax rayonunun N saylı hərbi hissəsində xidmət keçərkən düşmən tərəfindən açılan atəş nəticəsində həlak olduğu bildirilib.

Salyan rayon Hərbi Komissarlığından APA-nın Mil-Muğan bürosuna verilən məlumatda bildirilir ki, şəhid olan əsgər bu ilin yanvar ayında xidmətə çağırılıb.

Şəhidin cənazəsi rayona gətirilib və bu gün torpağa tapşırılacaq.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə