Modern.az

Kremldən “Həştərxan”a münasibət: “Prezidentlərin görüşü Medvedevə heç bir dvident gətirmir”

Kremldən “Həştərxan”a münasibət: “Prezidentlərin görüşü Medvedevə heç bir dvident gətirmir”

29 Oktyabr 2010, 12:13

Rusiya Qarabağ probleminin həlli üçün vasitəçiliyini davam etdirmək niyyətindədir. Bu barədə RİA-Novostiyə Kremldəki mənbə bildirib. Mənbə qeyd edib ki, Moskva Azərbaycan, Ermənistan prezidentlərinin göürüşünü müsbət qiymətləndirir.

“Bu prezidentlərin sayca yeddinci görüşdür. Bu görüşləri təşkili Moskvanın  Azərbaycan və Ermənistanın mövqelərini yaxınlaşdırmaq arzusundan irəli gəlir”-deyə bildirilib.

“Rusiya prezidenti ona heç bir dvident gətirməyən bu işə bilərəkdən gedir. Bu iş davam etdiriləcək”-deyən Kremlin nümayəndəsi bildirib ki, hər görüşdən nəsə böyük nəticə gözləmək mənasız və qeyri-realdır. 
“Məsələdə mühüm olan –Qafqazda stabillik, sakitlik, Ermənistanı və Azərbaycanı normal münasibətlər sisteminə qaytarmaqdan ibarətdir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə