Modern.az

BQXK rəsmisi: “Prezidentlərin görüşündən sonra əsir və meyitlərin dəyişdirilməsi ilə bağlı hələ bizə müraciət olunmayıb”

BQXK rəsmisi: “Prezidentlərin görüşündən sonra əsir və meyitlərin dəyişdirilməsi ilə bağlı hələ bizə müraciət olunmayıb”

29 Oktyabr 2010, 12:40

Oktyabrın 27-də prezidentlər Dmitri Medvedev, İlham Əliyev və Serj Sərkisyanın Həştərxanda keçirilən görüşündə Azərbaycan və Ermənistan tərəfində olan hərbi əsirlərin və meyitlərin dərhal dəyişdirilməsi ilə bağlı razılıq əldə olunub.

Hərbi əsirlərin dəyişdirilməsi, həlak olanların meyitlərinin qaytarılması ATƏT-in Minsk qrupu həmsədrləri və Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı baş tutmalıdır.

Bu prosesin nə zaman baş tutacağı cəmiyyət tərəfindən böyük intizarla gözlənilir.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisinin əməkdaşı İlahə Hüseynova Modern.az saytına məlumatında bildirib ki, təmsil olunduğu qurum vasitəçi təşkilatdır: “Bu, sırf  bizdən aslı olan bir məsələ deyil. Ancaq onu deyə bilərəm ki, prezidentlərin Həştərxanda keçirdikləri görüşdə əldə olunan razılıqla bağlı hələlik bizə müraciət olunmayıb”.

Xatırladaq ki, hazırda Azərbaycanın ermənilərdə 2 hərbi, 1 mülki əsiri və 2 meyiti var.
Azərbaycanda isə 6 erməni hərbi əsiri və 5 nəfərlik erməni ailəsi, eyni zamanda intihar edən 1 erməni kəşfiyyatçısının meyiti var.

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə