Modern.az

"Azercell"in “Barama” layihəsindəki staj proqramı başa çatıb

"Azercell"in “Barama” layihəsindəki staj proqramı başa çatıb

29 Oktyabr 2010, 16:32

Tədqiqat aparan tələbələrə “Azercell”in sertifikatları verilib


Qafqaz Universiteti tələbələrinin “Barama” innovasiya mərkəzindəki staj proqramı başa çatıb. Universitetin 10 tələbəsi “Azercell”in bu unikal proqramı çərçivəsində geniş araşdırma aparıb. Onlar 2 həftə ərzində seçilən mövzu ətrafında iqtisadi-analitik tədqiqat işini yekunlaşdırıblar.

Proqram çərçivəsində tələbələr sorğu keçirilməsi və təhlil aparılması yolu ilə şirkətin qoyduğu sualları cavablandırıblar. Onlar əldə etdikləri nəticələr əsasında şirkət üçün öz tövsiyyələrini hazırlayıblar. Proqram oktyabrın 26-da başa çatıb. İki gün sonra staj proqramında iştirak edən tələbələr araşdırmanın nəticələrini və öz tövsiyyələrini “Azercell Telekom” MMC-nin  nümayəndələrinə təqdim ediblər.

Təqdimat mərasimindən sonra proqram iştirakçıları araşdırmanın gedişi və nəticələri ilə bağlı sualları cavablandırıblar.

Mərasimdə çıxış edən “Azercell”in Strategiya və Biznesin İnkişafı şöbəsinin rəhbəri Aqşin Hacıyev bu staj proqramının tələbələrlə yanaşı, şirkət üçün də faydalı olduğunu bildirib: “Apardığınız araşdırmanın nəticələri çox maraqlı və faydalıdır. İnanıram ki, tədqiqat işinin sonunda ortaya çıxardığınız nəticələr və verdiyiniz tövsiyyələr şirkətimizin fəaliyyətində nəzərə alınacaq”. Tədbirin sonunda Qafqaz Universitetinin tələbələri diplomlarla təltif olunublar.

Qeyd edək ki, “Barama” ofisində tədqiqat aparmaqla yanaşı tələbələr həmçinin biznesin inkişaf etdirilməsi üzrə staj keçmiş olublar. Tələbələr şirkətlərin reallıqda üzləşdiyi məsələləri ətraflı tədqiq etdiklərinə görə həm də praktiki biliklərə yiyələniblər, bununla da geniş bir təcrübə qazanıblar.  Başa çatan staj proqramı “Azercell”lə yanaşı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən də dəstəklənir. Proqram çərçivəsində araşdırma ilə məşğul olan tələbələrə məvacib də ayrılıb.

“Barama” layihəsi “Azercell”in təşəbbüsü və birbaşa qatqısı ilə reallaşır. Bu ofisdə İnformasiya Kommunikasiya Texnologiyaları sahəsinə marağı olan istedadlı gənclər öz təklif və ideyalarını gerçəkləşdirə bilirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə