Modern.az

İlyas İsmayılovun oğlu 8 ilini həbsdə keçirəcək...

İlyas İsmayılovun oğlu 8 ilini həbsdə keçirəcək...

29 Oktyabr 2010, 18:29

Rusiyanın Çelyabinsk şəhər Mərkəz Məhkəməsi  Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılovun işi üzrə məhkəmə prosesini yekunlaşdırıb. Bu gün keçirilən məhkəmə prosesində hakim E.İsmayılova 8 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Modern.az  “RBK-Daly” saytına istinadən bildirir ki, onunla bərabər həbs edilən Vladimr Quzova 9 il, Abbas Cəfərova 5 il, Vladimir Şvadçenko 3 il 6 ay iş kəsilib.

İki həftə əvvəl keçirilən məhkəmə prosesində prokurur Etimad İsmayılva 10 il cəza istəmişdi 

Qeyd edək ki, E.İsmayılov qarşı “çirkli pulların yuyulması” və “dələduzluq” maddələri ilə ittiham irəli sürülüb. O, “Avrasiya Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir.

Bu məhkəmə işinin kökündə biznes partnyoru olan şirkətin E.İsmayılova olan borcu dayanır.   

Sonradan bəlli olub ki, Çelyabinsk qubernatorunun himayəsində olan bir şirkət “Avrasiya”MMC-yə olan 1 milyon dollar məbləğində borcu qaytarmaqdan imtina edib. Bundan sonra E. İsmayılova qarşı kampaniya başlayıb. Məhkəmənin gedişində bu məsələ ilə bağlı xeyli ziddiyətli məqamlar üzə çıxsa da, məhkəmə bunlara əhəmiyyət verməyib. 

Etimad İsmayılov 2008-ci ildən həbsdədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə