Modern.az

"Onunla kəşfiyyata getmək olar" ®

"Onunla kəşfiyyata getmək olar"  ®

2 Noyabr 2010, 19:56

- Mən 29 saylı Səbail seçki dairəsindən deputatlığa namzəd Fuad Muradovu 10 ilə yaxındır ki, tanıyıram. Onunla həm yaxın dostuq həm də ki, gənc bir deputat kimi böyük hörmətim var. Fuad Muradov bu dostluğu öz səmimiyyəti ilə qazanmışdır. Bir hərbçi kimi mən Fuad Muradovda gələcəyə inamla baxan bir xüsusiyyət görürəm. Bizim aramızda yaş fərqi olsa da  dostluq edirik. Bu isə onun böyüklə - böyük, kiçiklə - kiçik olan münasibətlər qurmaq bacarığından irəli gəlir. Fuad Muradovun deputat seçilməsində mən Azərbaycanın gələcəyini görürəm. Onun ailəsində iki Azərbaycan əsgəri böyüyür. Düşünürəm ki, onun övladları da özü kimi mərd, sözün düz deyən gənclərimizdən olacaqdır. Hazırda Gənclər Təşkilatı Milli Şurasında Fuad Muradovun fəaliyyəti çox əhəmiyyətlidir. Çünki bütöv Azərbaycanın gənclərini idarə etmək özü bir istedad tələb edir. Həmin gənclərin dövlətçilik, vətənpərvərlik istiqamətində tərbiyələnməsində onun böyük rolu var. Düşünürəm ki, o bu işin öhdəsindən layiqincə gəlir. Biz müxtəlif layihələrdə birgə iştirak etmişik. Onun ətrafında toplanan gənclərin intellektual səviyyəsi çox yüksəkdir. Bu isə öz növbəsində gələcəkdə böyük bir potensialın yetişməsinin başlanğıcıdır. Birgə əməkdaşlıqda hər zaman Fuad Muradovun dəstəyini görmüşük. Biz hərbiçilərin dili ilə desək onunla kəşfiyyata getmək olar.
Mən də Səbail rayonunun seçicisiyəm və Fuad Muradovu yenidən öz deputatım olaraq görmək istəyirəm

Novruzəli Orucov

Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri, general-mayor

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə