Modern.az

İTV-nin debat efiri: BDU-nun rektoru, doğum evinin şöbə müdiri, stansiya növbətçisi, cərrah və işsiz namizədlər…

İTV-nin debat efiri: BDU-nun rektoru, doğum evinin şöbə müdiri, stansiya növbətçisi, cərrah və işsiz namizədlər…

Təhsil

3 Noyabr 2010, 00:16


Modern.az
-ın məlumatına görə, noyabrın 3-də İctimai Televiziyanın efirində deputatlığa namizədlər üçün keçiriləcək debatda bir sıra dairələr üzrə maraqlı iddialılıar seçicilərin görüşünə gələcək. Ümumilikdə 4 dairənin namizədlərini efirdən görüb tanıya biləcəyik.

Debata ilk olaraq 16 saylı Yasamal ikinci seçki dairəsindən olan namizədlər başlayacaq. Tamaşaçılar “Haqlı Tələb” qəzetinin baş redaktoru Fəxrəddin Babayevin seçicilərinə dediklərini eşidəcəklər. Onunla birgə masa arxasında vəkil Tufan Kərim, tanınmış hüquqşünas Erkin Qədirli, BDU-nun rektoru Abel Məhərrəmov, AMİP-in işsiz namizədi Xanmirzə Məlikəliyev, həkim-cərrah Babək Sadıqov, “İnsan Naminə” blokunun namizədi Südeif Səmədov və KXCP-çi Nisəxanım Vəliyeva əyləşəcək.   

Onlardan sonra efirə 58 Hacıqabul - Kürdəmir seçki dairəsi üzrə deputatlığa namizədlər çıxacaq. Bu dairə üzrə namizəd olan “Qaya” Mətbuat Yayımı Firmasının rəhbəri Xanhüseyn Əliyev, Milli Demokrat Partiyasının üzvü Ağaqardaş Əliyevlə bərabər, Debatda Doğum evinin müdiri Rəfiqə Həmzəyeva, millət vəkili Rafael Hüseynov iştirak edəcək. Dairə üzrə namizdlərin bir “zerkalnı”qonağı olacaq. 85 saylı Şamaxı seçki dairəsi üzrə 1 namizəd sonradan qeydə alındığı üçün “58”lərlə bir yerdə oturacaq.

Daha sonra 121 saylı Laçın seçki dairəsindən olan namizədlər danışacaqlar. “Təcili Yardım”ın həkimi Orxan Cəbrayılov, “Laçın” qəzetinin baş redaktoru Mail İlyasovla bir stolda Ombudsmanın protokol xidmətinin əməkdaşı Günel İsmixanova və YAP-ın bu dairədən irəli sürdüyü namizəd, Sumqayıt Sosial Müdafiə Fondunun müdiri Nazim Fərəcov oturacaq.

54 saylı Şabran - Siyəzən seçki dairəsi də bu günkü efirin iştirakçısıdır. Bu dairə üzrə 4 nəfər deputatlığa namizəd qeydə alınıb. Onlardan biri Güzdək dəmir yolunda stansiya növbətçisi olan Həbibulla Cavadovdur. Dəmiryolçu namizədlə birgə debat “qatarında” “İnsan Naminə” blokunun işsiz namizədi Mənsur Cəbrayılov, bitərəf işsiz Ağalar Əsədullayev və millət vəkili Tahir Süleymanov olacaq.   

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə